Ana canavarı öldürüb balalarına sahib çıxdılar

Ana canavarı öldürüb balalarına sahib çıxdılar

Ana canavarı öldürdüklərinə və balalarına sahibləndiklərinə görə cəzalanlanlar var.

Cebhe.info xəbər verir ki, Türkiyənin Van şəhərinin Erciş mahalında ana canavarı öldürən və 3 balaya sahiblənən insanlara 15 min 025 TL cəza kəsilib.

Ərazi üzrə hüquq-mühafizə orqanları, Təbiəti Qoruma Milli Parklar Müdirliyi hadisə ilə bağlı hərəkətə keçib. Vəhşi canavarı öldürən və balalarına sahiblənmək istəyən 4 şübhəlinin evində əməliyyat aparılıb.

Əməliyyat zamanı həmin ünvanlardan birində 3 vəhşi canavar balası tapılıb.

Analarını öldürən, 4915 saylı Torpaq Ovçuluq Qanununa zidd cinayətlərinə görə şübhəli bilinənlərə 15 min 025 TL pul cəzası tətbiq edilib. Mühafizə altına alınan 3 canavar balası Van Yüzüncü Yıl Universitetinin Vəhşi Təbiəti Qoruma və Bərpa Mərkəzinə təhvil verilib.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info