Qanunsuz parklanma qəzaya səbəb oldu - VİDEO

Qanunsuz parklanma qəzaya səbəb oldu - VİDEO

Yolun hərəkət hissəsinə park edilmiş avtomobil qəzaya səbəb olub.
YPX.AZ xəbər verir ki, hadisə Yeni Ramana yolunda, Bakı Sənaye Pedoqoji Kollecinin qarşısında baş verib.
Belə ki, yolun üzü Asif Əsədullayev küçəsi istiqamətində, yolun hərəkət hissəsinə park edilmiş 99 VA 201 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobil gecə qaranlığında görünmədiyi və yolun həmin hissəsi döngə olduğu üçün, həmin yol ilə hərəkətdə olan 99 TA 855 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil “Ford”a çırpılıb.
Qəza nəticəsində “Mitsubishi” markalı avtomobilə ciddi ziyan dəyib.
YPX.AZ-ın əldə etdiyi məlumatlara görə, qəza baş verən ərazidə sözügedən “Ford” markalı avtomobil də daxil olmaqla bir neçə nəqliyyat vasitəsi həmin yerdə yolun hərəkət hissəsinə park edilir.
Yolun hərəkət hissəsinə park edilmiş bu kimi avtomobillər, küçənin işıqlandırılmaması və yolun həmin hissəsinin döngə olması səbəbi ilə bu kimi baş verə biləcək qəzalara şərait yaradır.

Mənbə: ypx.az