Yaşlı qadın koronavirusun qorxusundan beş gün ac qaldı

Yaşlı qadın koronavirusun qorxusundan beş gün ac qaldı

Şotlandiyada 94 yaşlı bir qadın koronavirus xəstəliyinə tutulmaq qorxusundan beş gün ac qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri yayıb.

Hadisənin martın 23-də baş verdiyi, ancaq bu barədə yalnız indi məlumat verildiyi qeyd olunur.

Təqaüdçü beş gün evinin üst qatında gizlənib. Məlum olub ki, o, çox qorxub və bu müddət ərzində heç bir yemək yeməyib.

Yaşlı qadını tapan “Xilasetmə Ordusu” xeyriyyə təşkilatının könüllüləri ona isti yemək veriblər. Maraqlıdır ki, onların mikroavtobusu qadının yaşadığı binanın yaxınlığında park edilmişdi.

Babək Göyüş

KONKRET.az

 

Mənbə: konkret.az