Bu kənddə 31 nəfər koronavirusa yoluxdu

Bu kənddə 31 nəfər koronavirusa yoluxdu

Kürdəmir rayonunun Sığırlı kəndində 31 nəfər koronavirusa yoluxub. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Masallının Əlişanlı kəndində 12 nəfər arasında yoluxma faktı qeydə alınıb:

"Xaçmazın köhnə Xaçmaz kəndində 12 xəstə, Beyləqanın Şahsevər kəndində beş nəfərdə yoluxma aşkarlanıb. Yoluxmanın yüksək olduğu, Salyan, Kürdəmir, Cəlilabad və Yevlax rayonlarıdır. Salyanda 114, Cəlilababda 101, Kürdəmir 82, Yevlaxda 109 nəfər koronavirusa yoluxub".
Aytən Zəhra
Azvision.az

Mənbə: azvision.az