Türkiyədə koronadan ölənlərin sayı 4,5 minə çatır

Türkiyədə koronadan ölənlərin sayı 4,5 minə çatır

Türkiyədə gün ərzində daha 28 nəfər koronavirusdan ölüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 4 min 489-a çatıb.

Hazırda Türkiyədə koronavirusli xəstələrin ümumi sayı 162 min 120 nəfərdir.

Mənbə: axar.az