Yoluxma hallarının yenidən artdığı ölkədə məktəblər bağlandı

Cənubi Koreyada koronavirusla bağlı vəziyyət stabilləşdiyi üçün bir müddət öncə məktəblər və universitetlər yenidən fəaliyyətə başlamışdı.

Unikal.org "CNN"-ə istinadən xəbər verir ki, ötən gün ölkədə son 50 gün ərzində ən çox sayda yoluxma halı qeydə alınıb. Bu səbəbdən tədirs prosesi yenidən dayandırılıb. Qeyd edək ki, C.Koreyada ötən gün 79 yeni yoluxma faktı aşkarlanıb.

Ümumilikdə isə sözü gedən ölkədə 11 344 nəfər "Covid-19"a yoluxub, onlardan 269-u bu səbəbdən dünyasını dəyişib.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Baqali Dabo Kipr klubunda

SONRAKI XƏBƏR

10 həftədən sonra ilk Cümə namazı qılındı - FOTO