Körpəsini mənzilə dəyişmək istəyən qadın həbs olundu

Körpəsini mənzilə dəyişmək istəyən qadın həbs olundu

Özbəkistanın Nəvai vilayətində hüquq-mühafizə orqanının əməkdaşları 33 yaşlı qadını qeyri-adi addıma görə həbs edib.

O, üç aylıq körpəsini satışa çıxarmaq qərarı verib.

Bizimyol.info xəbər verir ki, körpəsini mənzilə dəyişmək istəyən qadın həbs olunub. Hüquq mühafizə orqanlarının açıqlamasına görə, bu işdə uşağın 69 yaşlı babası da xüsusi rol oynayırmış. Məqsəd körpəni üçotaqlı mənzilə dəyişmək olub. Ana uşağına 250 milyon sum (təxminən 24.6 min dollar) qiymət qoyub. Bu qiymətə Nəvai vilayətində həm də üçotaqlı mənzil düşür. Razılıq belə olub ki, körpəni alan tərəf anaya məhz üçotaqlı mənzil verəcək.

Mənbə: www.bizimyol.info