Ağdaşda 1 tondan çox çətənə kolu aşkarlanıb - Narkotik becərən qohumlar tutuldu

Ağdaşda 1 tondan çox çətənə kolu aşkarlanıb - Narkotik becərən qohumlar tutuldu

Ağdaşda narkotik becərən 2 xaloğlu saxlanılıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, Ləki qəsəbəsində yaşayan 39 yaşlı Elmir Hüseynov və Binələr kənd sakini 33 yaşlı Gündüz Bayramov böyürtkən kollarının arasında 10 kvadratmetr ərazidə 10 ədəd dipçəkdə və 28 ədəd torpağa əkilən, 300 qram çəkidə çətənə bitkisinə xüsusi qaydada qulluq ediblər. Faktala bağlı polis şöbəsində cinayət işi başlanıb,araşdırma aparılır. Qeyd edək ki, “Xaş-xaş 2020” çərçivəsində rayon ərazisində ümumilikdə 4 fakt üzrə 7 328 ədəd, 1 ton 141 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu məhv edilib.

Mənbə: www.atv.az