Pandemiya tarixinin ən yüksək rəqəmləri qeydə alındı - ŞAD XƏBƏR

Pandemiya tarixinin ən yüksək rəqəmləri qeydə alındı - ŞAD XƏBƏR

Dünya miqyasında koronavirusa yoluxanların sayı 6 milyon 34 min 667 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu günədək infeksiya səbəbilə 366 min 896 nəfər dünyasını dəyişib.

2 milyon 661 min 257 nəfər xəstəlikdən sağalıb.

Hazırda 3 milyon 6 min 514 nəfərin müalicəsi davam edir ki, bu da pandemiya yayılandan bəri müalicə prosedurlarında qeydə alınan ən yüksək rəqəmdir. Hazırda müalicədə olanlardan 53 min 735 nəfərin vəziyyəti kritik dəyərləndirilir.

Bu gün ərzində 8 min 249 yeni yoluxma, 475 ölüm qeydə alınıb.

Zümrüd

Mənbə: publika.az