ABŞ-da etirazçlar şiddətləndi: Kütlə Ağ Evə daxil olmağa çalışır (VİDEO)

ABŞ-da etirazçlar şiddətləndi: Kütlə Ağ Evə daxil olmağa çalışır (VİDEO)

Vaşinqtonda ayağa qalxan etirazçılar afroamerikalı Corc Floydun öldürülməsinə etiraz olaraq Ağ Evin qarşısına toplaşaraq içəri daxil olamağa çalışır.

Qaynarinfo xəbər verir ki, Gizli Xidmət binaya girişin qarşısını almağa cəhd göstərir. Bu barədə NBC News məlumat verib.

Etirazçılar metal qalxanların arxasında dayanmış polis və gizli xidmət əməkdaşlarına metal su şüşələri və digər əşyaları atırlar. Aksiya iştirakçıları Kapitolu binasına üz tutandan təxminən bir saat sonra Ağ Evin ətrafındakı kordon qaldırılıb.

Nümyişdə ABŞ bayraqları da yandırılıb. Ölkə başçsını qorumaq vəzifəsini icra edən Məxfi Xidmət əlavə qüvvə tələb edib. Aksiyada "Floyd üçün ədalət", "Ədalət elə indi", "Qaradərililərin həyatı önəmlidir", "Nəfəs ala bilmirəm", "Qaradərili seçicilər önəmlidir", "Polislər, qaradərililəri öldürməyi dayandırın" şüarları səsləndirilib.

Qeyd edək ki, mayın 30-na keçən gecə ABŞ-ın bir sıra iri şəhərlərində Floydun qətli ilə bağlı etiraz və iğtişaşlar davam edib. Beləliklə, Nyu Yorkda minlərlə insan "Barclays Center” idman arenası binasının qarşısına toplaşıb. "Reuters” xəbər verir ki, onlar polis kordonundan keçməyə çalışıb, bu zaman onlarla etirazçı həbs olunub.

Corc Floyd 25 mayda baş vermiş polis zorakılığından sonra Minneapolis xəstəxanasında vəfat edib. Floydu tutan polis məmuru Derek Şovin dizini onun boynuna sıxıb. Şovin mayın 29-da qətldə ittiham edilərək həbs olunub.

Alpər

Mənbə: qaynarinfo.az