“Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır”

“Şərqi Azərbaycan əhalisinin 18 faizi koronavirus daşıyır”

Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan vilayətində əhalinin təqribən 18 faizinin Covid-19 virusunu daşıdığını bildirib.

İSNA xəbər agentliyinə istinadən, Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri həyata keçirilən testlərin nəticələrinə əsaslanaraq deyib ki, vilayətdə hər 100 nəfərdən 18-i virusa yoluxub.

Doktor Sominin sözlərinə görə, may ayının 28-ə qədər Şərqi Azərbaycan vilayətində testdən keçirilənlərin 8820 nəfərində Covid-19 infeksiyası aşkarlanıb.

“Daha əvvəl hər gün koronavirus səbəbilə 150 ilə 180 nəfər xəstəxanaya yatırılırdı. Keçən 24 saatda isə vilayətlərin xəstəxanalarında yatırılanların sayı 80 nəfər olub. Ölənlərin sayı da azalıb. Hazırda ölənlərin sayı hər gün ortalama 3 nəfərdir,” Şərqi Azərbaycan səhiyyə xidmətinin rəhbəri may ayının 28-də bildirib.

Doktor Somi həmçinin deyib ki, əhali və iş yeri sahibləri yoluxmaların hələ davam etdiyini bilməli, fərdi gigiyena və sosial məsafə qaydalarına əməl etməlidirlər.

Mənbə: www.amerikaninsesi.org