Bu ştatda komendant saatı elan edildi

Bu ştatda komendant saatı elan edildi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Minneapolis şəhərində komendant saatı elan edilib.

Bu barədə şəhər bələdiyyəsindən açıqlama verilib.
Açıqlamaya görə, cümə və şənbə günü tətbiq olunacaq komendant saatı çərçivəsində saat 20:00-dan 6:00-a qədər küçəyə çıxmaq qadağan olunur.

Xatırladaq ki, Minneapolis şəhərində polisin qaradərili Corc Floyd adlı vətəndaşı öldürməsindən sonra etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı bir nəfər ölüb. Etirazçılar polis mərkəzini də yandırıblar.

Mənbə: AA

Mənbə: eastnews.org