Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO

Təbii fəlakət Moskvada 70 illik rekordu təzələdi - VİDEO

Rusiyada ildırım çaxıb, güclü külək ağacları avtomobillərin, elektrik naqillərinin üstünə aşırıb, onlarla ev işıqsız qalıb.

Moskva şəhəri bir anın içində sel sularına qərq olub, təbii fəlakətə qəfil yaxalanan sürücülər maşınlarını yolun ortasında qoymaq məcburiyyətində qalıblar. Bundan başqa, şəhərə dolu da düşüb.

“İnterfaks”ın məlumatına görə, hadisə nəticəsində zərər çəkən olmayıb.

Qeyd olunur ki, 24 saat ərzində Rusiya paytaxtına aylıq yağıntı normasının təxminən 120 faizi düşüb. Beləliklə, Moskvanın 70 illik yağıntı rekordu təzələnib.

Əlverişsiz hava şəraitinin səbəbi kimi Qara dənizdən gələn siklon göstərilir.

Mənbə: www.oxu.az