Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 27 mini keçib

Braziliyada COVID-19 diaqnozu ilə ölənlərin sayı 27 mini keçib

Braziliyada COVID-19-dan son 24 saatda 1 124 nəfər həyatını itirib.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla da virusdan ölənlərin ümumi sayı 27 878 nəfərə çatıb.

Eyni zamanda bu ölkədə son sutkada 26 928 nəfərin virusa yoluxması ilə ümumi yoluxma sayı 465 166-ya çatıb.

“Worldometer” internet səhifəsinin məlumatına görə, Braziliya, əhalisinin koronavirus səbəbi ilə ölüm və yoluxma sayına dünyada ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

İyunda virusun bu ölkədə pik həddə çatacağı gözlənilir. Xalq, koronavirusu ciddi qəbul etməyən və lazımi tədbirləri görməyən Prezident Bolsonarı tənqid edib.

Mənbə: cebhe.info