ABŞ polisi bu dəfə qaradərili qadını döydü – VİDEO

ABŞ polisi bu dəfə qaradərili qadını döydü – VİDEO

Ötən həftə öldürülmüş qaradərili Corc Floyd üçün keçirilən etiraz aksiyaları davam edərəkən daha buna bənzər bir hadisə yaşanıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu dəfə ABŞ polisi başqa bir qaradərili qadını döyüb. Hadisə çərşənbə axşamı gecə saatlarında Detroytdə baş verib. Polis, güllə səslərinin eşidilməsi ilə bağlı olunan müraciətə əsasən qaradərililərin yaşadığı məhəlləyə gəlib. Məhəllədə yaşayan sakinləri hadisə yerindən uzaqlaşdırmağa cəhd göstərən polisin görüntülərini bir qadın telefonla qeydə almaq istəyib. Hadisənin qeydə alınmasını istəməyən polis həmin qadına və həyat yoldaşına qarşı sərt rəftar edib. Bu dəfə hadisədən zərər çəkən Şateyni Qreydi El və həyat yoldaşı Dan Qreydi Elə qarşı edilən kobud rəftarı başqa bir şəxs kənardan telefonla çəkib. Ətrafdakı insanların etirazlarına baxmayaraq polis qadının üzünə dəflərlə yumruq vurub. Sonra isə polis qadını yerə yıxıraraq zərbələr endirməyə davam edib. Digər bir polis isə Şateyninin həyat yoldaşına elektroşok tapança ilə müdaxilə edib.

Bu görüntülər üzə çıxdıqdan sonra Uoştenaunun polis rəisi hadisənin qəbuledilməz olduğunu deyib. Hadisə ilə bağlı istintaq başladılıb. Həmin polislər inzibati məzuniyyətə göndərilib. Qadının və həyat yoldaşının polisin işinə mane olmaqda təqsirləndiriləcəyi iddia edilib. Həmçinin bildirilib ki, qadının polislərə qarşı qaldırdığı iddialar rədd edilib.

Mənbə: www.yeniavaz.com