Türkiyədə iki ailə arasında dava, 5 nəfər öldü

Türkiyədə iki ailə arasında dava,  5 nəfər öldü

Ərzurumun Çat rayonunun Köseler kəndində iki düşmən ailə arasında ərazi üstündə baş verən kütləvi davada 5 nəfər ölüb, 4 nəfər yaralanıb. Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə polis gəlib, atəş açan iki nəfər şəxs axtarılır.
Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az