Gözəllik salonunda arvadını öldürən şəxs barəsində həbs qərarı verildi

Gözəllik salonunda arvadını öldürən şəxs barəsində həbs qərarı verildi

Gözəllik salonunda işləyən arvadını qətlə yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb...

Musavat.com xəbər verir ki, qətl törətməkdə ittiham edilən 47 yaşlı Rüstəm Qasımov barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaq orqanının təqdimatına əsasən Sabunçu Rayon Məhkəməsi R.Qasımov barəsində 3 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Xatırladaq ki, qətl hadisəsi mayın 28-də Ramana qəsəbəsində yerləşən gözəllik salonunda baş verib.

1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimova işlədiyi salonda bıçaqlanaraq öldürülüb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətli 1973-cü il təvəllüdlü Rüstəm Qasımovun törətdiyi müəyyən edilib.

R.Qasımov arvadını qısqanclıq zəminində öldürdüyünü deyib.

pia.az

Mənbə: pia.az