Ucar rayonunda dəhşətli ailə faciəsi - Ata öz evini yandırdı

Ucar rayonunda dəhşətli ailə faciəsi - Ata öz evini yandırdı

Ucar rayonunun Əlikənd kəndində dəhşətli ailə faciəsi yaşanıb.

Bizimyol.info xəbər verir ki, 60 yaşlı Yusif Vahid oğlu Məmmədov axşam ailəsi ilə möhkəm dalaşdıqdan sonra hamını evdən qovub. Səhərə qədər əsəbləri sakitləşməyən Yusif Məmmədov öz evini yandırmaq qərarına gəlib.

Benzin töküb evi yandıran kişi sakitcə qonşunun həyətinə keçib, hadisələrin inkişafını ordan izləyib.

Ortancıl oğlu və gəlini ilə birlikdə yaşayan ata əsasən gəlinin cehizlərinə ziyan vurub. Ev 30 dəqiqə ərzində tamamilə yanıb kül olub.

Qeyd edək ki, Yusif Məmmədov 3 oğul atasıdır, ruhi xəstəlikdən əziyyət çəkir. Yusif Məmmədovun atası Vahid Məmmədov da özü kimi psixoloji problemlərdən əziyyət çəksə də, ruhi dispanserdə qeydiyyatdan keçməyib.

Hadisəylə bağlı araşdırma aparılır.

Mənbə: www.bizimyol.info