Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Mahamalar kəndində kirayədə yaşayan R.Yetərovun evinin həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Hacıqabul rayonunun iki kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qubalı Baloğlan kəndi ərazisində 15 sot sahədən 627 ədəd, Meyniman kəndi ərazisində 20 sot sahədən 511 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Bakıya hücum: Ənvər Paşa niyə çapar göndərdi?

SONRAKI XƏBƏR

Rauf Məmmədov: “Aydın Süleymanlı sanki “Aeroflot-2019”dakı köməkliyi qaytardı” - MÜSAHİBƏ