ABŞ-da kütləvi iğtişaşlar daha 10 şəhərə yayıldı

ABŞ-da kütləvi iğtişaşlar daha 10 şəhərə yayıldı

ABŞ-ın Minneapolis şəhərində başlayan kütləvi iğtişaşlar daha 10 böyük şəhəri əhatə edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik Minneapolis şəhərində indiyə qədər 200 binanın soyulduğunu qeyd edib.

Kütləvi iğtişaşların yayıldığı şəhərlərin Nyu York, Atlanta, Albukerke, Fontane, San Xose, Hyuston və s. olduğu vurğulanıb. Bu şəhərlərdə də etirazlar vandal aktlarla müşayiət edilib.

Qeyd edək ki, etirazlara səbəb polisin qaradərili şəxsi saxlayarkən, onun ölümünə bais olmasıdır. Belə ki, Minneapolis polis məmuru Derek Çauvin saxtakarlıqda şübhəli bilinən qaradərili Corc Floydu saxlayarkən, onu yerə uzadıb və əlini arxadan qandallayıb. Bu zaman dizini onun boynuna qoyub. Floyd nəfəs ala bilmədiyini və boğulduğunu desə də, polis buna əhəmiyyət verməyib. Nəticədə şübhəli boğularaq ölüb.

Mənbə: axar.az