COVID-19-dan sağalanların ağciyərlərində ləkə qalır?

COVID-19-dan sağalanların ağciyərlərində ləkə qalır?

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev koronavirusdan sağalan insanların ağciyərlərində baş verən dəyişikliklərin üç həftədən sonra yox olub getdiyini bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, koronavirusun ağır formasından sağalan insanların belə, ağciyərlərində heç bir ləkə qalmır.

Pulmonoloq həkim eyni zamanda tibbi maska və əlcək taxılmasına dair də fikir vurğulayıb.

O bildirib ki, küçədə gedərkən tibbi maska və əlcək taxmağa gərək yoxdur:

"Əgər kiminləsə qucaqlaşıb görüşmək lazımdırsa, o zaman tibbi maska insanı qoruyur. Mütəmadi əlcək taxmaq isə insanın dərisində göbələk xəstəliyi yaradır", - deyə həkim bildirib.

Qeyd edək ki, pulmonoloq daha sonra vurğulayıb ki, havaların istiləşməsi koronavirus infeksiyasının yayılmasının sürətini azaldacaq.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info