Türkiyədə iki ailə bir-birlərini qanlarına qəltan etdi

Türkiyədə iki ailə bir-birlərini qanlarına qəltan etdi

Türkiyənin Ərzurum şəhərinin Çat rayonunun Köşələr kəndində ərazi üstündə 2 ailənin mübahisəsi düşüb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, mübahisə qanlı sonluqla yekunlaşıb. 2 ailə arasında gedən davada 5 nəfər həyatını itirib, 4 nəfər yaralanb. Hadisənin daha da böyüməsinin qarşısı jandarma qüvvələri hesabına alınıb. Hazırda davada iştirak edən 2 nəfər axtarılır. Baş verən silahlı insidentin səbəbi ərazi mübahisəsi olsa da, əvvəllər bu ailələr arasında qız qaçımaq məsələsinə görə düşmənçiliklər də var imiş.

SURXAY

Mənbə: konkret.az