Türkiyədə polislərə silahlı hücum: ölən var

Türkiyədə polislərə silahlı hücum: ölən var

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar qəsəbəsində polislərə silahlı hücum edilib.

Axar.az xəbər verir ki, silahlı şəxsin atəş açması nəticəsində polis əməkdaşı Atakan Arslan güllə yarası alıb.

A.Arslan xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyatlara başlanılıb.

Mənbə: axar.az