Əfqanıstanda televiziya əməkdaşlarına hücum, ölənlər və yaralananlar var

Əfqanıstanda televiziya əməkdaşlarına hücum, ölənlər və yaralananlar var

Əfqanıstanda “Khurshid” özəl telekanalının əməkdaşları bombalı hücuma məruz qalıb.

Sabah.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, hadisə paytaxt Kabildə baş verib. Hücum nəticəsində 2 televiziya əməkdaşı ölüb, 5-i yaralanıb.

Ölənlərdən birinin jurnalist, digərinin isə sürücü olduğu deyilir.

Mənbə: sabah.az