İnquşetiyada iki yaraqlı məhv edildi

İnquşetiyada iki yaraqlı məhv edildi

Rusiyanın İnquşetiya bölgəsinin Sunzha şəhərində iki yaraqlı məhv edildi.

Bu haqda məlumatı TASS agentliyi bölgənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

Mənbə bildirib ki, hazırda əks-terror əməliyyatı başa çatır.

Daha əvvəl Sunzhada asayiş keşikçiləri ilə yaraqlılar arasında toqquşma olduğu bildirilmişdi.

Şəhərdə antiterror əməliyyatları rejimi tətbiq edilib.

Mənbə: konkret.az