Türkiyədə polis zabiti qətlə yetirilib

Türkiyədə polis zabiti qətlə yetirilib

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda polis zabiti qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, polislərin “dayan” tələbinə əməl etməyən şəxsin açdığı atəş nəticəsində bir polis əməkdaşı öldürülüb. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Qatilin axtarışı davam edir.

Mənbə: azertag.az