Qazaxıstanda AN-2 təyyarəsi yandı

Qazaxıstanda AN-2 təyyarəsi yandı

Mayın 30-da Şərqi Qazaxıstan bölgəsində AN-2 təyyarəsi Urjar hava limanına enəndən sonra yanğın baş verib, xəsarət alan olmayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, yerli vaxtla saat 15: 31-də “Taraz Jana Alem” özəl aviaşirkətinin AN-2 təyyarəsi eniş etdikdən sonra alovlanıb.

Təcili yardım təyyarəsi Semeydən Urjara uçub.

Təyyarə park edilib, alovlanma isə bundan sonra baş verib. O vaxt təyyarədə heç kim olmayıb. Yanğın qısa müddətdə lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Bu faktla bağlı Qazaxıstan Respublikası Aviasiya Qəzaları Araşdırma İdarəsi tərəfindən istintaq başlayıb.

Mənbə: konkret.az