Ticarət karvanına hücum: 15 dinc sakin öldü...

Ticarət karvanına hücum: 15 dinc sakin öldü...

Afrika ölkəsi Burkina-Fasoda terrorçular ticarət karvanına hücum edib.

Axar.az xəbər verir ki, hadisə Douquma və İnqani şəhərləri arasında baş verib.

Hücum zamanı 15 dinc sakin ölüb, çox sayda insan isə yaralanıb.

Bildirilir ki, hərbçilər bölgədə genişmiqyaslı əməliyyatlar keçirərək terrorçuları zərərsizləşdirib.

Qeyd edək ki, Burkina Fasonun 7 bölgəsində terror hücumlarına görə 2019-cu ilin əvvələrindən bu yana fövqəladə vəziyyət tətbiq olunur.

Mənbə: axar.az