Türkiyədə növbəti faciənin qarşısı alındı - 60-dək miqrant xilas edildi

Türkiyədə növbəti faciənin qarşısı alındı - 60-dək miqrant xilas edildi

Egey dənizinin Türkiyə sahillərində Yunanıstandan qovulan 60-dək miqrant xilas edilib.

Türkiyənin sahil mühafizə xidmətinin katerləri vaxtında miqrantların olduğu gəmiyə yaxınlaşaraq, son anda onları boğulmaqdan xilas edib. Mühacirlər bildirib ki, onlar Yunanıstandan zorla çıxaralıraq, Türkiyə istiqamətində yola salınıb. Bildirilir ki, miqrantlar Konqo, Əfqanıstan, Eritreya, Mali və Somali vətəndaşları olub. Xilas edilənlər arasında çoxlu sayda qadın və uşaqlar da var. Qaçqınlar İzmirdə miqrantların saxlanılması və bölüşdürülməsi mərkəzinə gətirilib.

Mənbə: www.atv.az