ABŞ-da polis zorakılığı kütləvi iğtişaşlara səbəb oldu - Minnepolis şəhərində komendant saatı tətbiq edildi

ABŞ-da polis zorakılığı kütləvi iğtişaşlara səbəb oldu - Minnepolis şəhərində komendant saatı tətbiq edildi

Amerika Birləşmiş Ştatlarının Minnepolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə ciddi etirazlara səbəb olub.

Bu hadisədən qəzəblənən narazı kütlə 200-dən çox binanı dağıdıb, yandırıb və ya talan edib. Ciddi ziyan dəyən müəssisələr arasında aptek, supermarket, geyim mağazaları, bərbər, yanacaqdoldurma məntəqəsi və restoranlar da var. İğtişaşların qarşısını almaqda çətinlik çəkən hökumət şəhərdə komendant saatı tətbiq edib. Etiraz dalğası 10-dan artıq şəhərə də yayılıb. Los-Ancelesdə polislə ciddi qarşıdrma baş verib, etirazçıların bir qrupu polis idarəsinə aparılıb.

Vaşinqtonda isə etirazçılar “Ağ ev”ə yürüş edib.

Mənbə: www.atv.az