Təxliyyə üçün uçan təyyarənin pilotunda koronavirus aşkarlandı

Təxliyyə üçün uçan təyyarənin pilotunda koronavirus aşkarlandı

Moskvaya Hindistan vətəndaşlarını ölkələrinə qaytarmaq üçün yola düşən “Air İndia” şirkətinə məxsus təyyarə geri qayıtmağa məcbur olub.

NDTV-nin məlumatına görə, buna səbəb pilotlardan birindən götürülmüş koronavirus testinin cavabının müsbət çıxması olub.

Təyyarənin göyərtəsində sərnişin olmayıb. Təyyarə Özbəkistanın hava məkanında olarkən pilotlardan birinin koronavirus testinin müsbət nəticə verdiyi bəlli olub. “Air İndia” şirkətinə məxsus təyyarəyə dərhal ölkəyə geri qayıtmaq göstərişi verilib.

Təyyarənin bütün heyəti karantinə götürülüb. Moskvada qalan Hindistan vətəndaşlarının təxliyyəsi üçün başqa bir təyyarə göndəriləcək.

Mənbə: www.oxu.az