Tovuz rayonunda dərəyə aşan yük avtomobili yanıb

Tovuz rayonunda dərəyə aşan yük avtomobili yanıb

Tovuz rayonunun Ağacqala kəndində "QAZ" markalı yük avtomobili dərəyə aşıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə avtomobilin mühərrik hissəsi və təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az