ABŞ-da iğtişaşlar zamanı 1 400-ə yaxın insan saxlanılıb

ABŞ-da iğtişaşlar zamanı 1 400-ə yaxın insan saxlanılıb

ABŞ-da afroamerikalı Corc Floydun polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ölməsi hadisəsinin səbəb olduğu iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 28-dən bəri 17 şəhərdə 1 383 nəfəri saxlayıb.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

Agentlik saxlanılanların sayının daha çox ola biləcəyini də qeyd edib.

Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib.

Mənbə: report.az