ABŞ-da aksiyalar nəzarətdən çıxıb Komendant saatı elan edilib

ABŞ-da aksiyalar nəzarətdən çıxıb Komendant saatı elan edilib

ABŞ-da polis zorakılığının qurbanı olan Corc Floyda ədalət tələbi ilə təşkil edilən etiraz aksiyaları səbəbi ilə 25 şəhərdə komendant saatı elan edilib. SİA xəbər verir ki, nümayişlər artıq nəzarətdən çıxıb və ölkənin 16 ştatında 25 şəhərdə komendant saatı elan edilib.

Etiraz aksiyaları ABŞ-ın Mineapolis şəhərində polis zorakılığı nəticəsində həyatını itirən qaradərili Corc Floydun ölümündən sonra hazırda Nyu-York şəhərindən Los-Ancelesə qədər ölkənin bir çox əyalətində davam etdirilir.

Aksiyalar zamanı polislə nümayişçilər arasında qarşıdurmalar yaranıb və polis maşınları yandırılıb, onlarla insan isə həbs edilib.

Ölkənin ən azı 8 əyalətində Milli Qvardiya qoşunları dəstək üçün çağırılıb, bu səbəbdən şəhərlərdə bir gecəlik komendant saatının elan edildiyini bildirib.

Mənbə: sia.az