Bakıda park baxımsız qalıb - FOTOLAR,VİDEO

Bakıda park baxımsız qalıb - FOTOLAR,VİDEO

Bakının Xətai rayonu ərazisində Məhəmməd Hadi 191 ünvanında yerləşən park baxımsız vəziyyətdədir.

Cebhe.info xəbər verir ki, Bakı şəhər Məktəbəqədər Təshil Müəsisisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan 217 saylı Körpələr Evi Uşaq Bağçasının həyətində olan park təxminən 3 hektara yaxın ərazini əhatə edir. Sözügedən Uşaq bağçasının təmirsiz binasında məcburi köçkünlər yaşayır.

Bağçanın həyətində ağaclara qulluq edilmir. Ətrafda bir neçə göydələn ucaldılıb. Yerli sakinlər parkın bilərəkdən baxımsız vəziyyətdə saxlanıldığını bildirir. “İri ağacları gecə ikən yandırıblar. Burada gözü olan işbazlar var. Görünür belə edirlər ki, yaşıllıq məhv olsun, ərazidə tikinti apara bilsinlər”-deyə, Məhəmməd Hadi küçəsinin sakinləri bildirib.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info