İndianapolisdə etirazçılardan biri ölüb, üçü güllələnib

İndianapolisdə etirazçılardan biri ölüb, üçü güllələnib

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) afroamerikalı Corc Floydun polis tərəfindən boğularaq öldürülməsi ilə əlaqədar başlayan etirazlar zamanı azı bir nəfər həlak olub, üç nəfər güllə yarası alıb. Azvision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Randal Taylor bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının bir əməkdaşı yüngül xəsarət alıb. Polis baş verənlərlə əlaqədar istintaq aparır.
Minnesota və digər ştatlarda mayın 25-dən etibarən Corc Floydun öldürülməsi ilə bağlı kütləvi etirazlar və iğtişaşlar davam edir.
Pərvanə Sultanova
Azvision.az

Mənbə: azvision.az