Çində koronavirusa yoluxanların sayı 83 mini keçdi

Çində koronavirusa yoluxanların sayı 83 mini keçdi

Çində ötən sutka cəmi 2 nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb, ölən olmayıb.

Modern.az xəbər verir ki, bununla da Çində sözügedən infeksiyaya yoluxanların sayı 83001-ə yüksəlib. Ölkədə virusdan ölənlərin ümumi sayı isə 4634 nəfər təşkil edir.

Qeyd edək ki, COVID-19 ilk dəfə Çinin Uhan şəhərindən vüsət alıb. Lakin Çin ölkə daxilində koronavirusun geniş yayılmasının qarşısını almağa nail olub. Nəticədə Çin pandemiyanın yayıldığı ölkələr siyahısında 1-ci pillədən 17-yə düşüb. Hazırda Çin xəstəxanalarında 63 koronaviruslu xəstə müalicə alır.

Mənbə: m.modern.az