Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma

Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma

Braziliyada yeni anti-rekord - bir gündə 30 min yoluxma

Braziliyada ötən sutka rekord səviyyədə koronavirusa yoluxma (COVID-19) aşkarlanıb.

Modern.az-ın məlumatına görə ölkədə bir gündə 30 102 nəfərdə infeksiya aşkarlanıb, 890 nəfər virusdan vəfat edib.

Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 498 440-a, ölənlərin sayı isə 28 834-ə yüksəlib.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci, pandemiya qurbanlarına görə isə ABŞ, Böyük Biritaniya və İtaliyadan sonra 4-cü yerdə qərarlaşıb.

T.İSMAYIL

Mənbə: m.modern.az