Qarabağda törədilənlərdən təsirlənib erməni dərnəyini təhdid etdi, həbs olundu “İNTERNETDƏ TANIŞ OLDUĞUM AZƏRBAYCANLI QIZ DANIŞMIŞDI…”

Qarabağda törədilənlərdən təsirlənib erməni dərnəyini təhdid etdi, həbs olundu “İNTERNETDƏ TANIŞ OLDUĞUM AZƏRBAYCANLI QIZ DANIŞMIŞDI…”

Türkiyədə Qrant Dink Dərnəyinə (Qrant Dink Türkiyədə nəşr edilən “Aqos” adlı erməni qəzetinin reaktoru olub) electron poçtla təhdi mesajları göndərən Konya sakini həbs olunub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin şəxs internetdən tanış olduğu azərbaycanlı rəfiqəsinin Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər barədə danışdıqlarından təsirlənərək belə addım atdığını deyib.

Qrant Dink Dərnəyi təhdidlər aldığı barədə özünün Twitter hesabından bildirib. Dərnəyin bildirdiyinə görə, mayın 27-də və 28-də onlara electron poçtla təhdid mesajları göndərilib. Dərnək səlahiyyətli orqanları “son zamanlar yüksələn kin və nifrət” atmosferi ilə bağlı tədbir görməyə çağırıb.

İstanbul Cümhiriyyət prokurorluğu bu bəyanatla bağlı araşdırma başladıb və çox keçmədən dərnəyə təhdid mesajı göndərən H.A. adlı şəxs antiterror polisləri tərəfindən Konyada tutulub. Məlum olub ki, həmin şəxs natamam orta təhsillidir, bundan əvvəl də “qəsdən yaralama, təhdid və təhqir” cinayətləri törədib.

Polisdə verdiyi ifadədə həmin şəxs bildirib: “İnternetdən tanış olduğum Azərbaycan vətəndaşı olan qız tanışımın Qarabağda ermənilərlə bağlı danışdıqlarından təsirlənərək belə addım atdım. Həmin gün bir erməni kilsəsinə də zəng vurdum, amma telefona cavab verən olmadı”.

Virtualaz.org

Mənbə: virtualaz.org