Liftdə bədbəxt hadisə: Yaralılar var

Liftdə bədbəxt hadisə: Yaralılar var

Rusiyanın Blaqoveşensk şəhərində ticarət mərkəzlərinin birində içərisində iki fəhlə olan yük lifti xarab olaraq 2-ci mərtəbədən şaxtaya düşüb.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, fəhlələrin vəziyyəti ağırdır və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

Operativ istintaq qrupu hadisə yerinə baxış keçirib və müvafiq qərar qəbul ediləcək.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info