Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Bakıda 20 yaşlı gəlin kirayə qaldığı evdə ölü tapıldı

Bakı. Samir Əli - Trend:

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib.

1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib. Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: az.trend.az