2 azərbaycanlının öldürüldüyü dava ilə bağlı HÖKM VERİLDİ

2 azərbaycanlının öldürüldüyü dava ilə bağlı HÖKM VERİLDİ

2 azərbaycanlının öldürüldüyü dava ilə bağlı HÖKM VERİLDİ

Rusiyanın Voronej şəhərində 2 azərbaycanlının öldürüldüyü, 1 nəfərin isə yaralandığı cinayət işi üzrə hökm oxunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Voronejin “Trioyanda” kafesi qarşısında azərbaycanlılar və ruslar arasında kütləvi dava baş verib. Bu zaman 19 yaşlı Artur Budnikov avtomobilə oturaraq maşını azərbaycanlılar olan yerə sürüb. Nəticədə 2 azərbaycanlı ölüb, 1-i isə yaralanaraq şikəst qalıb.
Hadisə zamanı Budnikovun 17 yaşı olduğu üçün məhkəmə ona 8,5 il həbs verib.

Mənbə: m.modern.az