Bakıda eyvanda meyit tapıldı

Bakıda eyvanda meyit tapıldı

Mayın 30-da rayonun Yasamal rayonu, Qızıl Şərq küçəsində yaşayan 56 yaşlı Əfəndiyeva Nelli Babayevna yaşadığı evdə qəfil ölüb.

Lent.az -ın məlumatına görə, onun meyitini həmin gün səhər saat 7-də tanışı Əhmədov Abbas Allahverdoviç evin eyvanında tapıb.

Prokurorluq və məhkəmə-tibbi ekpsertiza nümayəndələrinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Mərhumun uzun müddət ürək çatışmazlığından əziyyət çəkdiyi və əvvəllər iki dəfə infarkt keçirdiyi bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: lent.az