Kabab yemək həvəsi yanğına səbəb oldu - VİDEO

Kabab yemək həvəsi yanğına səbəb oldu - VİDEO

İstanbulun Kiçikçəkməcə rayonunda kabab yemək həvəsinə düşmüş bina sakininin özfəaliyyəti yanğınla nəticələnib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, evdən çıxmaq qadağasına məhəl qoymaq istəməyən kişi manqalı götürərək, binanın damına çıxıb.

Odla ehtiyatsız davranış nəticəsində alov ətrafa yayılmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb. Hadisənin səbəbkarı cərimələnib.

Mənbə: www.oxu.az