ABŞ-da qondarma “soyqırımı” abidəsi təhqir edildi - FOTO

ABŞ-da qondarma “soyqırımı” abidəsi təhqir edildi - FOTO

ABŞ-ın Kolorado ştatının Denver şəhərində yerləşən qondarma “erməni soyqırımı” abidəsinin üzəri qaraya boyanıb, ətrafına müxtəlif şüarlar yazılıb.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Abidənin (xaçkar) yerləşdiyi Denver şəhərinin mərkəzi hissəsində etiraz aksiyası keçirilib.

Nümayişçilər qaradərili amerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz ediblər.

Mənbə: www.oxu.az