Ermənistanda koreyalı məhbus intihar edib

Ermənistanda koreyalı məhbus intihar edib

Ermənistandakı “Armavir” cəzaçəkmə müəssisəsində Cənubi Koreya vətəndaşı intihar edib. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 50 yaşlı Canq Hon həbsxanada özünü asıb.

Onun cəsədində zorakılıq izləri aşkar edilməyib. Hadisə ilə bağlı məhkəmə tibbi ekspertiza təyin edilib

Məlumata görə, koreyalı məhbus vətənində dələduzluqda ittiham olunub.

Mənbə: azvision.az