Ölən qaradərili və onu saxlayan polislə bağlı şok fakt: Gecə klubunda...

Ölən qaradərili və onu saxlayan polislə bağlı şok fakt: Gecə klubunda...

ABŞ-ın Minneapolis şəhərində polis Derek Şovenin və onun tərəfindən saxlanılarkən boğularaq öldürülən qaradərili amerikalı Corc Floydun hadisədən bir il öncəyədək eyni klubda işlədikləri məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN” televiziyası məlumat yayıb.

Məlumata görə, 46 yaşlı Floyd və 44 yaşlı Şoven Minneapolisdəki “El Nuevo Rodeo” adlı latın gecə klubunda çalışıb. Onlar hər ikisi müştərilərin nizam-intizamlı olmasına cavabdeh idi. Belə ki, Floyd qapıda dayanıb, həmçinin, qonaqların özlərini aparmasına nəzarət edib. Şoven isə sırf mühafizəçi kimi çalışıb.

Klubun keçmiş sahibəsi Mayya Santamariyanın sözlərinə görə, Floyd və Şoveni tanış adlandırmaq olmaz, ancaq onlar növbələrin müəyyən edilməsi zamanı kəsişiblər. M.Santamariya mərhum afroamerikalını qəşş edib gülməyi ilə tanınan "əla oğlan" kimi xarakterizə edib. “Və Şoveni də tanıyan bir insan kimi mən ayaqları altında inləyən bu zavallını dinləməsi üçün onun insaniyyətinin çatmamasına inana bilmirəm”, – deyə Santamariya etiraf edib.

Qeyd edək ki, mayın 26-dan Minneapolisdə polislə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları davam edir. Vətəndaşlar polis tərəfindən güc tətbiq etməklə saxlanılan və saxlanıldıqdan bir neçə saat sonra boğularaq öldürülən yerli sakin, qaradərili Corc Floydun ölümünə etiraz olaraq küçələrə çıxıblar. Sonra qaradərililərə qarşı zorakılıq əleyhinə hərəkatın tərəfdarları (“Qaraların həyatı vacibdir”) küçələrə çıxıb. Etirazlar qarışıqlığa, qarətlərə, atışmalara və yanğınlara çevrilib. Asayişin qorumasını gücləndirmək üçün şəhərə Milli Qvardiyanın bölmələri və zirehli texnikalar daxil olub. Şəhərdə komendant saatı tətbiq olunub.

Mənbə: teleqraf.com