Ölkə şokda: psixonevroloji internatda kütləvi yoluxma

Ölkə şokda: psixonevroloji internatda kütləvi yoluxma

Rusiyanın Saratov vilayətində psixonevroloji internatda 101 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, işçilərdən biri COVID-19-a yoluxduğu üçün digər əməkdaşlar və internatda qalan şəxslər testdən keçib. Nəticədə 101 nəfərdə koronavirus aşkarlanıb.

Məlumata görə, onlardan 82-si infeksiyanı simptomsuz keçirir.

Ümumilikdə son sutka ərzində Saratov vilayətində 142 nəfərdə virus aşkar olunub.

Mənbə: teleqraf.com