Belçika şahzadəsi İspaniyaya qonaqlığa getdi və koronavirusa yoluxdu

Belçika şahzadəsi İspaniyaya qonaqlığa getdi və koronavirusa yoluxdu

Belçika şahzadəsi İoaximdə koronavirus aşkar edilib. Day.Az xəbər verir ki, yerli mətbuat onun 1 həftə öncə karantinin tələblərni pozaraq İspaniyanın Kordova şəhərinə səfər etməsindən sonra koronavirusa yoluxduğunu yazıblar.

Şahzadə özü iş məqsədilə Kordovaya səfər etdiyini bildirib. Lakin İspaniya mətbuatı onun Kordovada iş üçün olmadığını, 30 nəfərin iştirak etdiyi bir gecəyə qatıldığını yazırlar. İspaniya şahzdənin digər qonaqlarla birlikdə karantinin tələblərini pozduqlarını bildirir.

Hazırda şahzadənin xəstəliyi yüngül keçirdiyi, səhhətinin normal olduğu, həmin qonaqlıqda iştirak edən digər şəxslərin isə karantinə alındıqları qeyd edilir.

Mənbə: news.day.az