Qarabağda daha iki nəfər koronavirusa yoluxub

Qarabağda daha iki nəfər koronavirusa yoluxub

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində daha iki nəfər koronavirusa yoluxub. Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qarabağda ümumi yoluxma sayı 40-a çatıb.

Məlumata görə, 81 nəfər təcrid olunub, 863 test keçirilib. Separatçı rejim fövqəladə vəziyyəti iyunun 11-dək uzadıb.

Qeyri-rəsmi məlumatlarda yoluxma sayının daha çox olduğu bildirilir.

Mənbə: azvision.az